“Erkən nigaha son” adlı sinif təşkilat saatları

21 noyabr 2022-ci il tarixdə məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Erkən nigaha son” adlı sinif təşkilat saatları keçirildi. Dərs zamanı sinif rəhbərləri elecə də məktəbin psixoloqu G.İmanova ilk olaraq erkən nigahın ortaya çıxardığı problemlərin əks olunduğu videoçarx nümayiş etdirdilər. Həmçinin, onlar erkən nikahların ailədə və cəmiyyətdə törətdiyi fəsadlar, körpə və ana ölümü hallarının çoxalması, qızların təhsil imkanlarının azalması, onların cəmiyyətdən təcrid olunması, daha çox fiziki zorakılığa məruz qalması haqda geniş söhbət apardılar