"Zorakılıq nədir?"

21 noyabr 2022-ci il tarixdə məktəbdə "Zorakılıq nədir?" mövzusunda sinif təşkilat saatı keçirildi. Dərsdə uşaqlara qarşı hansı formada zorakılıqların baş verməsi, kimlərin zorakılığa daha tez məruz qala biləcəyi və bunun qarşısının alınması barədə söhbətlər aparıldı. Həmçinin ailə, məişət zəmnində və ya ətraf mühitdə baş verən zorakılıqların gələcəkdə həmin uşaqların psixoloji problemlərdə üzləşmə ehtimalının artması da vurğulandı.