“Hüquqlarımızı bilək və qoruyaq”

“Uşaq Hüquqları Konvensiyası” - BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq dünyanın hər yerində yaşayan uşaqların Konvensiya ilə müəyyən edilmiş hüquqlarını təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Uşaq Hüquqları aylığı ilə əlaqədar məktəbdə 10-14 noyabr 2022-ci il tarixdə “Hüquqlarımızı bilək və qoruyaq” adlı sinif təşkilat saatları keçirildi.
Sinif rəhbərləri şagirdlərə Uşaq Hüquqları barədə geniş məlumatlar verib, videoçarxlar nümayiş etdirdilər.