"Dövlətimin Əsas Qanunu"

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasından 27 il ötür. 11 noyabr 2022-ci il tarixdə məktəbin tarix müəllimlərinin təşkilatçılığı ilə yuxarı sinif şagirdləri üçün "Dövlətimin Əsas Qanunu" adlı dəyirmi masa keçirildi. Şagirdlər öz çıxışlarında xalqımızın əsas qanununun qəbulunun 27-ci ildönümünü qalib xalq kimi iki qat sevinc hissi ilə qeyd etdiklərini bildirdilər.
Daha sonra onlar Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində əsas qanunumuzun daha da təkmilləşdirilməsindən və yeni dövrün tələblərinə uyğunlaşmasından danışdılar.