“Qarabağ Azərbaycandır!”- ədəbi-bədii kompozisiya

3 noyabr 2022-ci il tarixdə məktəbdə “8 noyabr- Zəfər günü” ilə bağlı “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya keçirildi. Məktəbdə fəaliyyət göstərən “Mən və səhnə” dram dərnəyinin üzvləri və digər şagirdlırimiz tədbir zamanı milli qürurumuzun təntənəsinə çevrilən bu qələbəni əbədiləşdirmək üçün göz oxşayan ifa tərzləri ilə zəfər ruhlu şeirlər, musiqilər,rəqslər və səhnəciklər nümayiş etdirdilər.