“Qarabağa qovuşduğumuz tarixi gün” - dəyirmi masa

4 noyabr 2022- ci il tarixdə məktəbdə “Zəfər günü”nə həsr olunmuş “Qarabağa qovuşduğumuz tarixi gün” adlı dəyirmi masa keçirildi. Tədbirdə 44 günlük Vətən müharibəsinin qəhrəman döyüşçüləri olmuş qaziləri, məktəbin tarix müəllimləri və şagirdlər iştirak etdilər. Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tarixi zəfərin əldə edilməsində mühüm pay sahibi olan qəhrəman əsgər və zabirlərimizlə qürur duyduğunu bildirən məktəbin direktoru N.M. Gündüzlü ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa dilədi.
Daha sonra şagirdlər 44 gündə qazanılan Azərbaycan xalqının əbədiyaşar zəfər qələbəsindən fəxrlə danışdılar! Qonaq qismində iştirak edən qazilərimiz şagirdlərə vətənə, millətə xeyirli övladlar olmalarını arzuladılar.