Əhməd Cavad 130 – şagirdlərin təqdimatında

24 oktyabr 2022-ci il tarixdə məktəbdə ana dili və ədəbiyyat müəllimi İ.Hacıyevanın rəhbərliyi ilə Milli İstiqlal şairi Əhməd Cavadın 130 illiyi ilə əlaqədar təqdimat gecəsi keçirildi. 

Təqdimat gecəsində ilk öncə sözləri görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra  İ.Hacıyeva Əhməd Cavadın həyat yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirdi ki,  Cumhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Ə. Cavadın bədii, siyasi, ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir.

Şagirdlər öz təqdimatlarında İstiqlal şairimiz Əhməd Cavadın istedadlı şair, publisist, tərcüməçi, xeyriyyəçi, cəbhəçi-döyüşçü, politoloq və Azərbaycan Demokratik Cumhuriyyətinin baş ideoloqlarından biri kimi yaddaşlara həkk olunmasından ətraflı şəkildə bəhs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi