18 oktaybr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü - qeyd edildi.

18 oktyabr 2022- cil il tarixdə məktəbin Kiçik Elmi Akademiyası üzvlərinin iştirakı ilə Müstəqilliyimizin Bərpası Gününə həsr olunmuş " Müstəqilliyimiz əbədidir və dönməzdir!" adlı tədbir keçirildi. Tədbirin məqsədi şagirdləri milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, dövlətimizin keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etməkdən ibarət idi. Tədbir zamanı üzvlər vətənpərvərlik mövzusunda təqdimatlarla çıxış edib və videoçarxlar nümayiş etdirdilər.