Heydər Əliyev Mərkəzinə ekskursiya

13 oktyabr 2022-ci il tarixdə məktəbin şagirdləri dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Heydər Əliyev Mərkəzinin bələdçiləri ekskursiya zamanı şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq ideologiyası, zəngin və şərəfli ömür yolundan və ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks etdirən fotoşəkillər, kitablar və eksponatlar haqqında məlumat verdilər. Ümummilli liderin həyat və fəaliyyətlərinin əks olunduğu ekspozisiya zalı ekskursiya edən müəllim və şagirdlərdə zəngin təəssürat yaratdı. Ekskursiyanın sonunda şagirdləri maraqlandıran suallar Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən cavablandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi