BYF Edu EXPO 22 "Gələcəyini inşa et" - ekskursiya

1 oktyabr 2022-ci il tarixdə məktəbin yuxarı sinif şagirdləri BYF Edu EXPO 22 "Gələcəyini inşa et" - sərgi satış yarmarkasına ekskursiya etdilər. Ekskursiya zamanı şagirdlər müxtəlif xidmətlər, kurslar, psixoloji xidmət, fərdi inkişaf, özəl təhsil və s. sahələrdə fəaliyyət göstərən mikrosahibkarların tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılması kimi sahələr haqqında geniş məlumat aldılar.