27 sentyabr - "Anım günü"

26 sentyabr 2022-ci il tarixdə məktəbin kitabxanasında K. Məmmədovanın və A. Məmmədovanın rəhbərliyi ilə Anım gününə həsr olunmuş "Qarabağa qovuşduğumuz tarixi gün!" mövzusunda dəyirmi masa keçirildi. İlk olaraq şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Tədbir zamanı uşaqlar şəhidlərimizin həyatından, döyüşlərdə əldə etdikləri uğurlar haqqında geniş danışdılar.
Sonda şagirdlərə vətənimizin şəhidlərimizin əmanəti olduğunu qeyd edib, onlara milli dəyərlərimizə qarşı daha da məsuliyyətli davranmağı, vətənpərvər olmağı tövsiyə edildi.