Şagirdlərin “Aqroturizm” ekskursiyası

Avropa İttifaqının maaliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “Agrivişion” layihəsi çərçivəsində 19.06.2022-ci il tarixdə məktəbin 5-6- cı sinif şagirdlərindən 10 nəfər Bakı - “Şəfalı yol”, Lerik və Bilnə istiqamətində təşkil olunan ekskursiyaya qatıldı.
Ekskursiya zamanı şagirdlər orqanik sitrus bağları, bağçılıq, bostançılıq və fermer təsərrüfatları ilə yaxından tanış oldular. Şagirdlər bu səyahətdən çox bəhrələnmiş və zövq almış oldular.