5 nömrəli məktəbdə “Son zəng” tədbiri

İyunun 14-də 5 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Orxan Kərimov, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun nümayəndəsi Xədicə Məmmədova, məktəb rəhbərliyi, müəllimlər və məzunlar iştirak ediblər.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Məktəbin direktoru Nərminə Gündüzlü məzunları təbrik edib, rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. N.Gündüzlü məktəbdə ümumilikdə, 2 200 şagirdin təhsil aldığını, onlardan 133 nəfərin bu il məzun adını qazandığını bildirib.
Tədbirdə çıxış edənlər məzun adı alan onbirinciləri təbrik edib, ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dunyagörüşün formalaşdırılması olduğunu qeyd ediblər. O, məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq hər birinə uğurlar arzulayıblar.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.