Cadenza orkestri - maraqlı görüş

2 iyun 2022-ci il tarixdə Cadenza orkestrinin solistlərinin iştirakı ilə məktəbdə interaktiv konsert- görüş keçirildi. 

Görüş zamanı şagirdlərlə musiqi barədə maraqlı diskussiya aparılmış, orkestrin solistləri Orxan Hüseynov (violonçel), Fatimə Nəzərova (violin), Əli Əmişov (viola), Məmmədəli Paşazadə (klarnet) və Samir Əsədov ( konsertmeyster-dirijor,violin) uşaqlara müsiqi alətləri barədə  qısa məlumat verərək, onlarda musiqi ifaçılığı barədə ilkin təəssüratları formalaşdırmışdır. 

Tədbir zamanı ifa olunan əsərlər şagirdlər tərəfindən böyük maraq və xoş həyəcanla qarşılandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi