“Zəfər tarixi” - konfrans

3 iyun 2022-ci il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Zəfər tarixi” adlı iki mərhələli konfrans keçirildi. Xüsusi zövqlə bəzədilmiş 9-cu siniflərin sinif otaqları, məktəb foyesində şagirdlərin əl işlərindən ibarət təşkil olunmuş sərgi məktəbin bayram əhval ruhiyyəsindən xəbər verirdi.

Konfransda şəhid məzun İbrahim Sadiqlinin qardaşı Vüqar Sadiqli, Milli qəhrəman Allahverdi Bağırovun bacısı Raisə Bağırova qonaq qismində iştirak etdilər. Konfransın iştirakçıları olan tarix müəllimləri və 9-cu sinif şagirdləri Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə müvafiq olaraq birinci mərhələdə interaktiv dərslər nümayiş etdirdilər.

Təhsil alanlar bir daha Zəfər tarixi barədə məlumatlanıb Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızı yaxından tanıdılar.

Tarix müəllimləri tərəfindən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədinə xidmət edən məzmunlu və interaktiv keçirilən bu Zəfər tarixi dərslərində bir daha ümumiləşdirmə aparılaraq, “Qarabağ əzələn Azərbaycan torpağıdır” və “Qarabağ tarixi- Azərbaycan tarixidir” fikri təsdiqləndi.

İkinci mərhələ Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə konfrans zalında başladı. Konfransı idarə edən 9-cu sinif şagirdi F. Mustafazadə ardıcıl olaraq sözü tərbiyəvi işlər üzrə direktor müavini Z. Şirinova, ÇQH müəllimi A. Ağarzayev,tarix müəllimi M. Sadıqova, şəhid məzun qardaşı V. Sadıqlıya verərək , yüksək səviyyədə aparıcılıq qabiliyyəti nümayiş etdirdi.

Natiqlər Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin dövlətçilik xidmətindəki məqsəyönlü siyasətindən, “Zəfər tarixi” fənninin tədrisindən, şagirdlərin vətənpərvərlik tərbiyəsi istiqamətində məktəbdə görülən işlərin davamlılığı haqqında bir növ hesabat xarakterli çıxışlar etdilər.

Məktəbin direktoru Nərminə Gündüzlü konfrans iştirakçılarını təbrik edib, məktəbin Şahin hərbi idman komandasının üzvlərini xüsusi diplomlarla təltif etdi.

Çıxış üçün söz alan Vüqar Sadıqlı qardaşı İbrahim Sadıqlının döyüş yolları haqqında şagirdlərə qısa məlumat verib, videoçarx nümayiş etdirdi.

Sonda aparılan müzakirələr nəticəsində verilən təkliflər konfrans iştirakçılarının nəzərinə çatdırıldı. Məktəbin xor kollektivinin ifasında “Yaşa Azərbaycan” mahnısının ifası konfrans iştirakçılarının böyük rəğbətinə səbəb oldu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi