''Bizim uşaq dünyamız!''

Uşaqlar bizim gələcəyimizdir.Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
1 iyun 2022-ci il tarixdə Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ''Bizim uşaq dünyamız!'' adlı tədbir keçirildi. Tədbir zamanı uşaqlar nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar və rəngarəng rəqslər nümayiş etdirərək tədbir iştirakçılarına xoş əhval-rühiyyə bəxş etdilər.