“Hərbi hazırlıq və vətənpərvərlik” mövzusunda təlim keçirildi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə 26 may 2022-ci il tarixdə məktəbin 10-11- ci sinif şagirdləri üçün “Hərbi hazırlıq və vətənpərvərlik” mövzusunda təlim keçirildi. 
Təlim zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları hərbi xidmətə hazırlıq, gənclər arasında ideoloji və psixoloji işin aparılması, milli vətənpərvərlik hissinin aşılanması və onların psixoloji dayanıqlıq gücünün artırılması kimi mövzular ətrafında geniş söhbətlər apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi