Respublika Uşaq Kitabxanasına ekskursiya

Şagirdlərin mənəvi tərbiyəsinin,intellektual görüşlərinin və kitablara marağını artırmaq məqədilə 15 may 2022-ci il tarixdə məktəbin kitabxana müdiri K.Məmmədova və kitabxanaçı A. Məmmədovanın təşkilatçılığı ilə 1 qrup şagird Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxannın əməkdaşı uşaqları kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana və digər şöbələrlə tanış etdi. Eyni zamanda uşaqlar görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti haqqında da geniş məlumat əldə etdilər.
Sonda uşaqların kitabxana ilə bağlı bütün sualları cavablandırıldı və onlar oradan xoş əhval-ruhiyyə ilə ayrıldılar.