"Gəlin canlıları sevək və qoruyaq!"

"Təbiəti qoruyanlar" layihəsi çərçivəsində müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı, ətraf mühitin və ekologiyanın mühafizəsi istiqamətində işlər həyata keçirilməkdədir.
11-12 may 2022-ci il tarixdə məktəbin şagirdləri özləri düzəltdikləri quş yuvalarını məktəbin bağındakı ağaclardan asdılar. Bu işdə uşaqlar böyük həvəs göstərərək, təbiətimizi qorumağı, təbiətin bir parçası olan canlıları sevməyi, onlara qayğı göstərməyi təbliğ etdilər.