"Heydər Əliyev və Azərbaycançılıq"

10 may 2022-ci il tarixdə məktəbin Şagird Elmi Cəmiyyətinin üzvlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq" mövzusunda dəyirmi masa keçirildi.
Şagird Elmi Cəmiyyətinin üzvləri dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri haqqında geniş məlumat verərək bir daha qeyd etdilər ki, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünki həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini məhz Ulu öndər yaratmışdır.