«Təbiəti qoruyaq»

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 №-li əmrinə əsasən məktəbdə 6 may 2022-ci il tarixdə «Təbiəti qoruyanlar» layihəsinə start verildi. «Təbiəti qoruyanlar» layihəsinin məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkilidir.
Layihəyə əsasən məktəbin biologiya müəllimi Zəkiyyə Həsənovanın təşkilatçılığı ilə 8 a sinfi məktəbyanı sahədə gül kollarının və toxumlarının əkilməsi işlərini həyata keçirdilər. Layihə ilə bağlı işlər davam edir.