"Əziz Şuşa, sən azadsan!" - inşa müsabiqə

Azərbaycan Respublikasının Təhsil Nazirliyini F-134 nömrəli əmri və Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-121 nömrəli əmrinə əsasən Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə "Şuşa ili" ilə əlaqədar tədbirlər həyata keçirilir. Məktəbin tədbirlər planına əsasən 6-9-cu siniflər arasında Ana dili və ədəbiyyat müəllimlərinin rəhbərliyi ilə "Şuşa-Qarabağın döyünən ürəyi", "Əziz Şuşa, sən azadsan!" mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif edildi.