Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü məktəbdə qeyd olundu

Bildiyimiz kimi YUNESKO –nun qərarına əsasən, hər il 23 aprel beynəlxalq səviyyədə  Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edilir. BŞTİ-nin 18 aprel 2022-ci il tarixli F-147 nömrəli əmrinə əsasən ''Oxu günü'' layihəsinin icrası ilə bağlı məktəbdə tədbirlər həyata keçirildi. 

Belə ki, şagirdlərin şəxsiyyət kimi formalaşıb kamilləşməsində, onların mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütailənin əhəmiyyətini şagirdlərə çatdırmaq məqsədi ilə 21 aprel 2022-ci il tarixdə məktəbdə “Bu dünyanın hər sirrini bizə deyir bu kitablar” adlı ədəbi-bədii kompozisiya keçirildi. 

Tədbirdə şagirdlər “Bir qalanın sirri” kinofilmindən, Reyhan Yusifqızının “Tələtin sirri” əsərindən, Nağıl qəhrəmanlarının obrazlarını səhnələşdirərək gözəl nitq qabiliyyəti və səhnə mədəniyyəti nümayiş etdirməklə yanaşı  həm də gözəl rəqs və ifaları ilə tamaşaçıları sevindirdilər.

Sonda valideynlər öz təşəkkülərini bildirdilər.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi