“Ən yaxşı jurnalist”

10-12 fevral 2022-ci i l tarixdə ADA Universitetində “Milli Qoşulmama Hərəkatı” konfrans simulyasiyası baş tutmuşdu.
İlk gün tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid CƏfərov vəADA Universitetinin icraçı direktoru Fariz İsmayılzadə iştirak edib.
Ümumilikdə 3 gün davam edən Milli Qoşulmama Hərəkatı konfrans simulyasiyasında iştirakçılar Qoşulmama Hərəkatına üzv dövlətlərinin xarici işlər naziri rollarını icra edərək iqlim dəyişikliyi və onun yaratdığı problemlərə həll yolunun tapılması istiqamətində müzakirələr aparmışdılar.
Fərəhləndirici haldır ki, 5 №-li tam orta məktəbin 11 a sinif şagirdi Hüseynov Elnur Eyvaz oğlu NAM Gənclər Şəbəkısinin Milli Model NAM konfrans simulyasiyasında BBC-nin jurnalisti kimi öz perfomansı ilə fərqlənib və təşkilat adından xüsusi prizə layiq görülmüşdü.