Məktəbdə “Mülki Müdafiə günü”

4 aprel 2022-ci il tarixdə məktəbdə “Mülki Müdafiə günü” ilə bağlı tədbir keçirildi.

Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin rəisi A. Seyidməmmədov və əməkdaşı Elgiz Panıyev da iştirak etdilər.

Öncə qonaqlar  məktəbin foyesində Mülki Müdafiə Gününə həsr olunmuş guşə ilə tanış oldular. Daha sonra isə məktəbin geniş akt zalında və sinif otaqlarında təşkil olunmuş  “açıq dərs”lərdə oldular.  Dərslər zamanı şagirdlərə zəlzələ,torpaq sürüşmələri, qaz partlamaları, yanğınlar və s. mövzular haqqında məlumatlar verilib, videoçarxlar nümayiş olundu.

Tədbirin keçirilməsində məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlaklət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının vacibliyi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi