"Tarix unudulmur"

31 mart erməni daşnaklarının bolşeviklərlə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 104 il keçir.
31 mart soyqırımı ilə bağlı məktəbdə Şagird Elmi Cəmiyyətinin üzvlərinin “Tarix unudulmur” adlı dəyirmi masası keçirildi. Şagirdlər öz təqdimatlarında bildirdilər ki, 1918-ci il martın 30-da gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın və uşaqların öldürülməsi ilə nəticələnib. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş ən faciəli hadisə və milli yaddaşın təhazürüdür.