"Yol hərəkəti qaydaları"nı necə öyrənirik

11 mart 2022-ci il tarixdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində "Uşaqlar yol hərəkət qaydalarını necə öyrənib?" mövzusunda keçirilən yarışda Bakı məktəblərinin "Yol hərəkəti qaydaları" dərnəyinin üzvləri də komanda şəklində iştirak edib. Yarışda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri yazılı şəkildə, müxtəlif sualla və yol nişanları haqqında nəzəri bilikləri rəngləmə materiallarında yoxlanılıb.
Məktəb komandası yarışın nəticəsinə görə fəal iştirak edən komanda kimi təşəkkürnamə ilə təltif olunub. Şagirdlərimizə davamlı uğurlar arzulayırıq.