“İrəvan Müəllimlər Seminariyası – 140”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasıın 140 illiyinin” qeyd edilməsi haqqında sərəncamına əsasən məktəbdə 9 mart 2022-ci il tarixdə “İrəvan Müəllimlər Seminariyası- təhsil tariximizin şərəfli səhifəsi kimi” - adlı dəyirmi masa keçirildi.
Tədbir zamanı Azərbaycanın bir çox ziyalılarının yetişməsində əvəssiz rol oynamış İrəvan Seminariyasından, İrəvan Seminariyasında dərs deyən ilk azərbaycanlı müəllim, maarifçi-pedaqoq Axund Məmmədbağır Qazizadə haqda geniş söhbət edilib, video təqdimatlar nümayiş etdirildi.