Xocalı soyqırımı – şagirdlərin təqdimatında

24 fevral 2022-ci il tarixdə məktəbin Şagird Elmi Cəmiyyətinin üzvlərinin Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş “Xocalı – qan yaddaşımızdır” adlı təqdimat gecəsi keçirildi.
Cəmiyyətin üzvləri Xocalı faciəsi haqqında geniş məlumat verərək qeyd etdilər ki, bu soyqırım bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir və Azərbaycan xalqı Xocalı faciəsinin heç vaxt unutmur, unutmayacaqdır.
Sonda üzvlər Azərbaycan xalqının başına gətirilən bütün faciələrin qisasının alındığı, parlaq Qarabağ qələbəsindən də danışdılar.