Ana dilimizin tarixi kökləri

21 fevral 2022-ci il tarixdə məktəbdə «Beynəlxalq Ana Dili Günü» ilə əlaqədar VIII-IX sinif (rus bölməsi) şagirdlərinin iştirakı ilə məktəb kitabxanasında nümunəvi dərs keçirildi.
Dərsdə «Beynəlxalq Ana Dili Günü»nün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirildi. Şagirdlər öz doğma dilinin varlığını hiss etdirən, onunla qürur duyulan, onu qorumaq,inkişaf etdirməklə bağlı bədii nümunələr seçərək hazırladıqları təqdimatları təqdim etdilər.