«Mənim ana dilim»

21 fevral 2022-ci il tarixdə məktəbdə 5-6-cı sinif şagirdlərinin iştirakı ilə (rus bölməsi) «Beynəlxalq Ana Dili Günü»nə həsr olunmuş «Mənim ana dilim» adlı şeir gecəsi keçirildi. Gecədə şagirdlər vətənimizə, dilimizə aid bir-birindən gözəl şeirlər ifa edərək öz sevgi və hörmətlərini nümayiş etdirdilər.