“Ətraf aləmi və heyvanları qoruyaq !”

Zamanın tələblərinə uyğun olaraq yeni nəsil müasir informasiya texnologiyalarına yiyələnməli ,yaradıcı təşəbbüskar olmalı ,əldə etdiyi biliklərə arxalanıb qarşıya çıxan problemləri çevik həll etməyi bacarmalı və bütün bunlarla yanaşı mütləq ekoloji biliklərə yiyələnməlidir. Məktəbimizdə ekoloji mədəniyyətin formalaşmasında əsas məqsəd şagirdlərdə ekoloji düşüncə tərzi tərbiyyə etmək ,təbiəti qorumağın ,öyrənməyin ,zənginləşdirməyin vacib məsələ olduğunu başa salmaqdır. Məhz buna görə də , məktəbdə yanvar-2022-ci il tarixdə “Ətraf aləmi və heyvanları qoruyaq!” adlı layihə keçirildi. Layihə ilə bağlı rəsm sərgisi və açıq dərslər təşkil edildi. Açıq dərslərdə və rəsmlərdə insanlar tərəfindən atmosfer havasının , su və torpaq ehtiyyatlarının ,fauna və floranın mühafizəsi , o cümlədən ətraf mühütə qanunsuz məişət tullantılarının atılması sahəsində yol verilmiş pozuntulardan bəhs edildi .Şagirdlər bir daha anladılar ki, müasir dövrdə təbiətin mühafizəsi qlobal problem olmaqla hamımızı düşündürür və yaşımızdan asılı olmayaraq ətraf mühitin qorunması hər birimizin mənəvi borcumuzdur.