Məktəb üzrə Böyük Summativ Qiymətləndirmə

Summativ Qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir.
5№-li tam orta məktəbin fəaliyyət planına uyğun olaraq şagirdlərin bilik və bacarıqlarının təlim nəticələrinə uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə 22 -31 yanvar 2022-ci il tarixlərdə məktəb üzrə Böyük Summativ Qiymətləndirmə keçirildi.