Şəhidlərimizi qürur və ehtiramla anırıq!

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən 32 il keçir. Xalqımız indiyədək də bu faciənin ağrı-acısını yaşayır.

Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş, günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsi məktəbimizdə hər il dərin hüznlə yad edilir. Bu məqsədlə məktəbdə 17-19 yanvar 2022-ci il tarixdə silsilə tədbirlər ( açıq dərslər, ədəbi –bədii kompozisiyalar, təqdimat gecələri, idman yarışları, şeir və plakat müsabiqələri) həyata keçirildi.

Keçirilən tədbirlərdə 20 yanvar faciəsinin baş verməsinin tarixi şəraiti və onun nəticələri, Azərbaycan xalqının azadlıq mübarizəsindən bəhs edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi