“Tanıyaq, bilək və örnək götürək” – Kiçik Elmi Akademiyanın təqdmatında

18.01.2022-ci il tarixdə məktəbin Kiçik Elmi Akademiyasının üzvlərinin “Tanıyaq, bilək və örnək götürək” adlı təqdimat gecəsi keçirildi.
Akademiya üzvləri 20 yanvar faciəsinin Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhərmanlıq səhifəsi kimi daxil olduğundan, xalqımızın mübarizə əzmindən, eyni zamanda məktəbli qurbanları Larisa Məmmədova və İlqar İbrahimovdan geniş şəkildə bəhs etdilər. Üzvlər şəhidlərimizin əziz xatirəsini daim dərin ehtiramla yad edəcəylərini, bu faciəni heç vaxt unutmayacaqlarını qeyd etdilər.