Məktəbin məzunu Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsi yad edildi

12 yanvar 2022-ci il tarixdə məktəbin məzunu, Azərbaycanın görkəmli şahmatçısı, Avropa Çempionu, beynəlxalq grossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat yarışı keçirildi. 

Tədbirdə görkəmli şahmatçı Vüqar Həşimovun ailə üzvləri,adını daşıyan akademiyanın nümayəndələri,4 nömrəli ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman, Şahmat Məktəbinin nümayəndləri iştirak etdi. «Məktəblinin dostu» layihəsinin təşkilatçılığı ilə baş tutan yarışda Bakı şəhər 5,9,14,19 və 211 nömrəli tam orta məktəbdən 20 nəfər şahmat həvəskarı mübarizə apardı. 

Yarışın sonunda I,II,III yerin qaliblərinə medal və müxtəlif hədiyyələr təqdim edildi. Digər iştirakçı şagirdlər isə sertifikat ilə təltif edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi