«Kod saatı» layihəsi təqdim edildi

10 dekabr 2021-ci il tarixdə məktəbdə ADA universitetinin 11-ci qrup üzvləri — T.Əsgərova, A.Əsgərova, M.Hacılı,G.Dibirova «İnformasiya sistemlərinin əsasları» adlı kurs vasitəsilə şagirdlərə «Kod saatı» layihəsini təqdim etdilər.
Layihənin əsas məqsədi şagirdləri proqramlaşdırmanın maraqlı, asan və əlçatan olması barədə məlumatlandırmaqdan ibarət idi.