«Lider Məktəbi» yenidən fəaliyyətə başladı

Artıq 2 həftədir ki, Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə «Lider Məktəbi» fəaliyyət göstərir. 46 nəfər, sinif nümayəndələrindən təşkil olunmuş bu məktəbi ilkin olaraq məktəbi direktoru N.M.Gündüzlü idarə edir. Hər həftənin cümə günü dərsdən sonra şagirdlər bu məktəbin məşğələsinə gəlib XXI əsrin kompetensiyalarına məxsus olan bacarıqlara yiyələnirlər. Növbəti belə məşğələ «İdeal sinif rəhbəri necə olmalıdır!» mövzusuna həsr edilmişdir. Şagirdlər yüksək intellekt və bacarıq nümayiş etdirərək, ideal sinif rəhbərinin obrazını yaratdırlar.