Sinif rəhbərlərinin növbəti seminar məşğələsi

3 dekabr 2021-ci il tarixdə məktəb üzrə sinif rəhbərlərinin növbəti seminar məşğələsi keçirildi. Seminarda məktəb direktoru Nərminə Gündüzlü gündəlikdə duran məsələlərin müzakirəsi ilə yanaşı, 2021-2022-ci dərs ili üçün məktəbi idarəetmə işinin səmərəliliyinin artırılması, məktəb-valideyn və müəllim-şagird əlaqələrində davamlılığın təmin olunması, məktəbdaxili qiymətləndirmənin aparılması məsələləri haqqında geniş məlumatlar verdi.
Daha sonra sinif rəhbərlərini maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparıb müvafiq təklif və tövsiyyələr edildi.