“Böyük Zəfər “ - Mini Futbol Turniri

Şagirdlərdə doğma vətənə sevgi və məhəbbət hisslərinin aşılanması, eyni zamanda onlarda sağlam həyat tərzinin tərbiyə olunması məqsədi ilə Nəsimi Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 30 noyabr- 3 dekabr 2021-ci il tarixlərdə “Böyük Zəfər” məhəllələrarası mini futbol turniri keçirildi.
Məktəbimizin 7-9-cu sinif şagirdlərindən ibarət komandası Abad məhəllələr arasında “Böyük Zəfər” mini futbol turnirində II yer tutduğuna görə təltif edilib.