“Fövqəladə Hallar zamanı davranış qaydaları”
11 noyabrda məktəbdə “Məktəblinin Dostu” layihəsinin əməkdaşları “Fövqəladə Hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirdi. Təlim zamanı şagird heyətinə yanğın, zəlzələ və digər hallar zamanı davranış qaydaları barədə geniş məlumat verilmiş və qeyd olunan sahədə şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.