«Yol hərəkəti qaydaları» üzvlərinin maarifləndirici təlimi

Azərbaycan Milli Avtomobil Klubu və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 10-12 yaşlı uşaqlar arasında Avropa Yol Hərəkəti Təhlükəsizliyi üzrə onlayn maarifləndirmətəlimi keçirilib.
Həmin təlimdə 5 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən «Yol hərəkəti qaydaları» dərnəyinin üzvləri də iştirak edib. Təlim zamanı dərnəyin üzvləri təqdim olunan viktorinanın suaalarını cavablandırıb, velosipedin idarə olunması ilə bağlı labirint,səhvləri tapma kimi oyunlar oynayıblar.