«Yol hərəkətinin təhlükəsizliyi»

18 noyabr 2021-ci il tarixdə məktəbdə «Yol hərəkətinin təhlükəsizliyi» mövzusunda keçirilən tədbir «Məktəblinin Dostu» layihəsinin təşkilatçılığı ilə baş tutdu. Görüşdə Azərbaycan Respublikasının DİN Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradova, polis leytenantı Əhmədli Rüstəm, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova qonaq qismində iştirak etdilər. Tədbirin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrində həlak olanların xatirəsini yad etmək, şagirdlərin təhlükəsizliyinin, yol hərəkəti ilə bağlı olanların həyat və sağlamlıqlarını qorunmasını təmin etməkdən ibarətdir. 

 

Tədbirin sonunda mövzu ilə bağlı şagirdlərin bilik və bacarıqları yoxlanılıb və onları maraqlandıran suallar cavablandırılıb. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi