«Qalib Müzəffər Azərbaycan!»

5 noyabr 2021-ci il tarixdə məktəbdə «Qalib Müzəffər Azərbaycan!» adlı ədəbi bədii kompozisiya keçirildi. Tədbir zamanı xalqımızın qüdrətinə və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əbədiləşməsi üçün zəfər əhvallı şagirdlərimiz öz bacarıq və qabiliyyətlərini nümayiş etdirdilər.  

Tədbirdə məktəbimizin şəhid məzunları Sadıqov İbrahimin və Cəfərov Rövşənin valideynləri, həmçinin məktəbin məzun qazisi Sofiyev Əli də iştirak edib. Dağ vüqarlı şəhid atası çıxış edərək qürurla İbrahimin həyat və döyüş yolundan danışıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi