“Anım günü”

27 sentyabr tarixdə məktəbin Şagird Elmi Cəmiyyətinin üzvləri “Anım günü” ilə bağlı tədbirlər planına uyğun olaraq onlayn formatda “Müzəffər Ali Baş Komandan” – adlı təqdimat gecəsi keçirdilər. Təqdimat gecəsindən Şagird Elmi Cəmiyyətinin üzvləri Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Müzəffər Azərbaycan Ordusunun Qarabağın azad olunması uğrunda apardıqları şücaətlərdən danışdılar.
Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət diləyirik.