“27 sentyabr – Anım günü”

Bakı şəhəri Təhsil İdarəsinin “27 sentyabr-Anım günü” ilə bağlı müvafiq əmrinə əsasən bu gün məktəbin tədbirlər planına uyğun silsilə tədbirlər həyata keçirildi:
“27 sentyabr – Müzəffər ordumuzun yazdığı qızıl tarix” adlı açıq dərslər, “Müzəffər Ali Baş Komandan” –videoçarxlar, “Qalib Azərbaycan Xalqı” –təqdimatlar, “Məktəbimizin şəhid məzunları” – esse yazı, “Zəfər yolu” - ədəbi-bədii kompozisiya, Fəxri Xiyabana ziyarət, Hərbi Qənimətlər Parkına ekskursiya, foto və rəsm sərgiləri nümayiş etdirildi.
Tədbirlər zamanı şagirdlər Ali Baş Komandan cənab İlham Əliyevin Şanlı Qələbəyə aparan daxili və xarici siyasətindən, Qalib Müzəffər Ordumuzdan, bütün dünyaya nümayiş etdirilən 44 günlük Vətən Müharibəsindən geniş şəkildə danışdılar.
Sonda Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi!
Qəhrəman şəhidlərimizin əsiz xatirəsini qürurla anırıq!