“Zəfər ili”nin ilk dərs günü

Respublikamızda 2021-2022-ci “Zəfər dastanlı” ənənəvi dərs ilinə start verildi. Bakı şəhəri 5 №-li tam orta məktəbin ibtidai sinif şagirdləri, təlim-tərbiyə sahəsində çalışan hər kəs yeni tədris ilinin başlanmasını böyük sevinc hissi ilə qarşıladılar. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu. Dərs zamanı müəllimlər şagirdlərə müstəqil, qalib, müzəffər Azərbaycan haqqında geniş məlumatlar verdilər. Daha sonra birincilər üçün “Zəfər İlin”nin “İlk Zəngi” səsləndi.
Yeni dərs iliniz mübarək olsun!