Metod şuranın ilk iclası

20 sentyabr tarixdə 5 №-li tam orta məktəbin metod şurasının 2021-2022-ci tədris ili üçün ilk iclası keçirildi. İclasda metod şuranın yeni tərkibi müəyyənləşdirildi.
Məktəbin direktoru N.M.Gündüzlü ilk öncə yeni dərs ilində qarşıda duran vəzifələr, məktəbdaxili qiymətləndirmənin və diaqnostik qiymətləndirmənin düzgün təşkili ilə bağlı geniş məlumat verdi. Daha sonra direktor şura üzvlərini Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri və bu əmrin icrası ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmri və tədbirlər planı ilə tanış edərək, onlarla görüləcək işlər barədə fikir mübadiləsi apardı.