5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü

İyunun 4-də Azəraycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və 5 nömrəli tam orta məktəbin 50 nəfər şagirdinin iştirakı ilə 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr olunmuş açıq havada tədbir keçirildi.
Tədbirin məqsədi şagirdlər arasında “Yaşıl şəbəkə”proqramının genişləndirilməsi, ekoloji maarifləndirmə, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsinin vacibliyi və bioloji müxtəlifliyin qorunub saxlanılmasından ibarət idi.
Tədbir çərçivəsində “Gənc ekoloq”, “Aqro-biomüxtəliflik” sinif otaqlarının və açıq havada “Alternativ enerji” meydançasının və eko-evin açılışı oldu. Tədbir zamanı şagirdlər ətraf mühitin mühafizəsinə dair dərslər dinlədilər və asfalt üzərində rəsmlər çəkdilər.
Sonda 50 nəfər şagird arasından qaliblər seçilərək mükafatlandırıldı və bütün iştirakçılara hədiyyələr təqdim edildi.