İstedadlı rəssamlarımız

“Nizami Gəncəvi ili” ilə bağlı keçirilən “Azərbaycanım” IV Respublika Uşaq Rəsm festivalı çərçivəsində elan edilən müsabiqəyə seçimlər başa çatıb.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq və doğma vətənə məhəbbət hisslərinin artırmaq idi.
Müsabiqədə məktəbin 7-ci sinif şagirdi Məcnunova Minayə və 10-cu sinif şagirdi Məmmədli Fəridənin rəsmləri 2000 dən çox əsərin arasından seçilən 500-ə yaxın əsər içərisindən sərgilənmək üçün seçilmişdir.
Şagirdlərimizi təbrik edir,uğurlarının davamlı olmasını diləyirik.